18 İyun 2017 17:45
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə aid qırıcılar Yəməni bombalayıb, nəticədə 25 mülki vətəndaş ölüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Yəməndə Husilərə qarşı döyüşən koalisiya çərçivəsində Səudiyyə Ərəbistanına aid qırıcı təyyarələr Saada vilayətinin şimalında həyata keçirdiyi hücum zaman 25 mülki vətəndaş öldürülüb.

Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanının liderliyində qurulan koalisiya təyyarələri Maşnak bazarını iki dəfə hədəf alıb. Bu dəqiqələrə qədər azı 25 nəfər öldüyü müəyyən olunub.


Müəllif: Cavad