19 İyun 2017 08:53
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvaya səfərə gələn çilili jurnalist taksi sürücüsü tərəfindən aldadılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Çilidən olan jurnalist Dieqo Qaspar Saez Miranda FİFA Konfederasiyalar Kubokunda iştirak etmək üçün Moskvaya gələrkən “Domodedovo” aeroportundan otelə qədər məsafə üçün taksiyə 1000 dollar ödəyib.

Çili radiosunun əməkdaşı olan Miranda sürücüdən onu “Crowne Plaza” otelinə aparmasını xahiş edib. O, xidmətin məbləği ilə yalnız otelə çatandan sonra tanış olub.

Sürücü bildirib ki, qonaq 60 min rubl, təxminən 1000 dollar ödəməlidir. Sonra o, müştəriyə 10 min rubl qaytarıb.

Aldandığını anlayan çilili hüquq-mühafizə orqanlarına müraciət edib və polis sürücünün axtarışlarına başlayıb. İki günlük axtarışdan sonra sürücü tapılıb. Həmin şəxs Azərbaycan vətəndaşıdır. Teleqraf.com sürücü ilə jurnalistin üzləşdirilməsi zamanı çəkilən video-görüntünü təqdim edir.


Müəllif: Ruslan