Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
İran ordusu İŞİD-in Deyr-əz-Zordakı qərargahlarına ortamənzilli ballistik raketlərlə zərbələr endirib.
Qeyd edək ki, iyunun 7-də İŞİD terrorçularının Tehrandakı İran parlamentinin binasına və Xomeyni məqbərəsinə hücumu zamanı 18 nəfər ölüb, 43 nəfər yaralanıb.