19 İyun 2017 10:35
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda səfirlik maşını qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb. Malayziyanın Azərbaycandakı səfirliyinin katibi Raca Xanizaminin idarə etdiyi, “Mercedes” markalı, 066 D 004 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Rövşən Salahovun idarə etdiyi "Mercedes” markalı maşınla toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com