19 İyun 2017 15:42
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Tikatəpə şəhərinin Ağdərə kəndinin əhalisi işsizlik səbəbindən dinc aksiya keçiriblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, olaya polis tərəfindən edilən müdaxilə nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir neçə etirazçı isə saxlanılıb.

Xəsarət alanlardan çoxunun qadın olduğu bildirilib.

Məsələ ilə bağlı mədən fəhlələrindən biri mediaya açıqlama verib: “Bölgədə kütləvi işsizlik hökm sürür, əhali mütləq yoxsulluq içində yaşayır. Belə bir vəziyyətdə Ağdərə mədəninin məsulları yerli işçiləri ixtisar edir, mədənə digər bölgələrdən fəhlə gətirilir”.

Qeyd edək ki, Qərbi Azərbaycan Əyalətində yerləşən Ağdərə mədənində ötən illərdə də oxşar hadisələr baş verib. 2014-cü ildə 350 fəhlənin mədəndən qovulması, onların kütləvi etiraz aksiyasına səbəb olub. Həmin askiya zamanı etirazçılardan bir neçəsi intihara cəhd edib. İşəgötürənin şikayəti ilə məhkəmə 17 mədən fəhləsini iğtişaş yaratmaq və mühafizəçilərin birinə xəsarət yetirməkdə təqsirli bilib.


Müəllif: Samir