18 İyul 2014 16:25
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hökuməti Türkiyədəki səfirlik və Baş Konsulluqda çalışan diplomatlarının sayını ən aşağı səviyyəyə salıb.

Alınan məlumata görə, bu barədə İsrail mətbuatı yazır.

Xəbərə görə, İsrail xarici işlər naziri Aviqdor Liberman bununla əlaqədar təlimat verib. Buna səbəb səfirlik və Baş Konsulluq binalarının qarşısında keçirilən etiraz aksiyalarıdır.

Libermanın Türkiyədəki səfirlik və Baş Konsulluq işçilərinin ailələrinin də İsrailə geri qayıtması barədə tapşırıq verdiyi bildirilir.

İsrail mətbuatında yayılan xəbərlərə görə, Liberman Türkiyə təhlükəsizlik qüvvələrinin İsrailin diplomatlarını layiqincə qorumadığını deyib. Nazir bu məsələ ilə bağlı Türkiyə hökumətinə nota göndərilməsi barədə təlimat verib.

/ans press/


Müəllif: