18 İyul 2014 18:08
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda növbədənkənar prezident seçkilərinin keçirilməsinə ehtiyac var.

Alınan məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında “İrs” Partiyasının sədr müavini Armen Martirosyan deyib.

Onun sözlərinə görə, hakimiyyət ölkə vətəndaşlarının maraqlarını müdafiə etmək vəziyyətində deyil. Bu səbəbdən erməni siyasətçi xatırladıb ki, əgər sentyabr ayına qədər Ermənistan rəhbərliyi müxalifətdəki “dördlüyün” 12 tələbini yerinə yetirməsə, payızda ölkədə yeni situasiya yaranacaq.

“Parlamentdə təmsil olunan “dördlük” çevriliş həyata keçirməyə cəhd edəcəkmi” sualına Martirosyan belə cavab verib: “Sentyabr ayında biz xalqdan nə istədiyini soruşacağıq. Əminəm ki, vətəndaşlar hakimiyyətin tamamilə dəyişməsini istəyəcəklər”.

Modern.az


Müəllif: