1 İyul 2017 09:53
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyarbakır vilayətinin Licə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ərazi üzrə başqan müavini Orxan Mərcan terror hücumuna məruz qalaraq həlak olub.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, hadisə dünən saat 23:30 radələrində Licənin mərkəzində baş verib.

34 yaşlı Orxan Mərcan evinin qarşısındaca güllələnib. 4 uşaq atası olan Mərcan dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Polis hücumun PKK terroristləri tərəfindən törədildiyini ehtimal edir. Hadisədən sonra rayonda genişmasştablı əməliyyatlara başlanılıb.

Xəbərlərə görə, Mərcan AKP-dən istefa verməsi üçün PKK tərəfindən təhdid edilirmiş.


Müəllif: Nərgiz

Oxşar xəbərlər