1 İyul 2017 13:21
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ətrafında otellər, əkin sahələri və yaşayış yerləri olan turizm bölgəsi Alanyanın Karqıcak məhəlləsində güclü yanğın baş verib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, villalar məskənində başlanan yanğın nəticəsində banan istixanası, turistlərin qaldığı binalara zərər dəyib. Bərk küləyin yanğının söndürülməsinə mane olduğu bildirilir.

Yanğının sndürülməsinə helikopterlər də cəlb olunub. 2 villanın tamamilə külə döndüyü barədə məlumat yayılıb. Xilasedicilər alovun yaxınlıqdakı məktəbə və yaşayış yerlərinə keçməməsi üçün ətrafa dayanmadan su çiləyir. Bölgədə istirahət edən turistlər vedrələrlə su daşıyaraq yanğının söndürülməsinə çalışırlar.

Qeyd edək ki, dünən Alanya çölündəki Sapadere Kanyonu adlı ərazidə yanğın zamanı 10-a yaxın ev külə dönmüş, 10 hektarlıq meşə ərazisi yanmışdı.


Müəllif: Nərgiz