1 İyul 2017 21:47
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə gənc özünə ağır xəsarət yetirib.

Hadisə Mingəçevir çimərliyində qeydə alınıb.

Belə ki, şəhərin Heydər Əliyev prospekti 70, mənzil 38-də yaşayan 1994-cü il təvəllüdlü Səbuhi Elmdar oğlu Səfərli dənizdə istirahət edərkən naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı əsəbiləşən gənc şüşə qabı qıraraq onun qırıntıları ilə boynuna, sol qoluna və qarnına xəsarətlər yetirib.

O, ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb və yaralıya əməliyyat yoluyla tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır./Report/


Müəllif: Teleqraf.com