APA-nın verdiyi məlumata görə, şəhər sakini 1995-ci il təvəllüdlü Hüseynov Vasif Adil oğlu kəsici alətlə hər iki qol damarlarını kəsib. O dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. V. Hüseynovun narkotik maddənin təsiri altında özünə xəsarət yetirdiyi bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sosial səhifələrdə paylaş