Rusiyanın Tatarıstan respublikasında yük maşını sərnişin avtobusu ilə toqquşub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı azı 13 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Ölənlər arasında azyaşlılar da var. Məlumatlara görə, Samara-İjevsk marşrutu üzrə hərəkət edən avtobus qəzadan sonra aşıb və güclü yanğın baş verib.
Hadisənin səbəbləri məlum deyil.
***
Ötən gecə avtobus və yük avtomobilinin toqquşması nəticəsində 13 nəfərin ölməsi ilə əlaqədar Tatarıstanda matəm elan olunub.
Bununla bağlı Tatarıstan Prezidenti Rustam Minnixanov sərəncam imzalayıb.
Bundan başqa, Tatarıstan hökuməti ölənlərin ailələrinə 1 milyon rubl (29 min AZN) yardım göstərilməsi ilə bağlı qərar verib.
Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobusun qəzaya uğraması zamanı 13 nəfər ölüb, 15 nəfər xəsarət alıb.