Teleqraf.com xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. İnsident qatilin ölkənin sağ təmayüllü siyasətçilərinə nifrəti üzündən baş verib.
54 yaşlı qatil polis idarəsinə gələrək cinayəti boynuna alıb. O, cinayəti incəliklə planlaşdırdığını, əvvəlcə 85 yaşlı qadını, sonra isə onun 87 yaşlı ərini boğduğunu, daha sonra hər iki şəxsin meyidini yandırdığını vurğulayıb.
Cinayətin motivlərini açıqlayan qatil sağçı siyasətçilərə, o cümlədən Avstriya Azadlıq Partiyasına nifrət etdiyini bildirib. Onun sözlərinə görə, öldürdüyü pensiyaçılar həmin partiyanı dəstəkləyirdilər.
Bildirilir ki, miqrant Avstriyada 1989-cu ildən yaşayır və ahıl cütlüyü yaxşı tanıyır.