3 İyul 2017 13:07
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin cənubunda daşqın baş verib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, daşqın zamanı 15 nəfəri ölüb, yüz minlərlə insan evlərindən köçməli olub.

Çin rəsmilərinin verdiyi məlumata görə, aramsız yağışlar Kuanqşi vilayətində 7 nəfərin ölümünə, 3 nəfərin itkin düşməsinə və 23 min insanın təxliyə olmasına səbəb olub.

Qonşu Hunan vilayəində isə 8 nəfər ölüb, 300 mindən artıq insan təxliyə olunub.

Hidrometeoroloqlar isə bu vilayətlərdə daha güclü leysan yağışlarının yağacağını ehtimal edirlər. Hər il musson yağışlarının yağdığı bu mövsümdə yüzlərlə insan ölümlərinə səbəb olur.


Müəllif: İlhamə Əbülfət