3 İyul 2017 15:09
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya məxsus vertolyot Türkiyənin İzmir bölgəsində qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, meşə yanğınları ilə mübarizədə istifadə edilən Ka-32C vertolyotu Taxtalı su anbarına düşüb.

Hadisə zamanı vertolyotda 3 rus və 2 türk olub. Onlar qəzadan sağ xilas ola biliblər. Hadisəyə vertolyotun mühərrikində yaranmış problemin səbəb olduğu bildirilib.


Müəllif: Samir