3 İyul 2017 16:23
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsində çökmə baş verib.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, Günəşli yaylası deyilən ərazində dik yamacın qurtaracağında 30-40 metr məsafədə tektonik qırılma xətti keçir: “Həmin xətlə dik yamac arasında yaşayış evləri var. Texnogen mənşəli amillərin təsirindən çökmə prosesi baş verib və torpaq qatlarında müxtəlif ölçülü iri çatlar əmələ gəlib. Ərazidə bəzi tikililərdə müxtəlif dərəcəli ziyan dəyib. Bəzi sakinlərə evdən çıxmaq təklif olunub”.

Rafiq Həsənov qeyd edib ki, atmosfer yağıntıların təsirindən ərazidə prosesin aktivləşməsi proqnozlaşdırılır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər