Bu sözləri Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, həkimlər lazimi tədbirləri görüb: “Xəstə Bakıya gətirilən kimi ona zərdab vurulub. Hələ ki vəziyyəti ağır olaraq qalır. 2-3 gün diqqətdə saxlanılmalıdır. Bu müddətdən sonra vəziyyətində irəliləmə gözləyirik”.
Azər Maqsudov əlavə edib ki, Gülbəniz Soltanova həyətdə işləyən zaman gürzə onun aşağı ətrafından sancıb.
Qeyd edək ki, dünən Şirvan sakini 1964-cü il təvəllüdlü Soltanova Gülbəniz Rəhim qızı ilan sancması diaqnozu ilə əvvəlcə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, ancaq vəziyyəti ağır olduğu üçün səhər saatlarında Bakıya yola salınıb.