Teleqraf.com-un məlumatına görə, Nahid Şükürov bu yaxınlarda Bakıda keçiriləcək konserti təxirə salınmış Türkiyə müğənnisi Rafet El Romanın və eyni hadisəni yaşayan Damlanın konsertləri üçün saxta bilet satışında günahlandırılır.
Daxili işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə hələ ki araşdırmalar aparılır.
Müğənni Damla isə Nahid Emiloğlunu polisə vermədiyini bildirib:
“Mən İstanbulda olanda Nahid zəng elədi ki, konsertin məkanını dəyişək. Mən razı olmadım. Çünki biletlərin çoxu satılmışdı. Elə oldu ki, qarşılıqlı razılaşma nəticəsində konserti Nahidlə etməmək qərarına gəldik. Mənim Nahid Emiloğlu barəsində heç bir şikayətim olmayıb. Yəni onu polisə mən verməmişəm”.