Almaniyanın Hamburq şəhərində G-20 sammitinə etiraz edən kütlə ilə polis arasında toqquşma baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, etirazçılar polis avtomobillərinə və məntəqələrinə hücum ediblər.
Məlumatlara görə, insidentlər zamanı 111 polis xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
***
Hamburqda keçirilən etiraz aksiyaları zamanı baş verən toqquşmalarda yaralanan polislərin sayı 130-a çatıb.
Məlumatlara görə, etirazçılar polislərə daş və dəyənəklərlə hücum edib. Təhlükəsizlik işçiləri nümayişçilərə qarşı rezin güllələrdən, su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
37 nəfərin saxlandığı bildirilib.