7 İyul 2017 12:33
2 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vicdan haqqı“ serialından İmran kimi tanıdığımız əməkdar artist İlham Hüseynov səhər saatlarında xəstəxanaya yerləşdirilib. Aktyor bu dəqiqələrdə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, İlham Hüseynov əməliyyatdan öncə açıqlama verib:

“Artroz xəstəliyindən əziyyət çəkirəm, buna “oynaqda qığırdaq yeyilməsi” xəstəliyi də deyilir. Hər iki çanağımda qığırdağın yeyilməsi prosesi gedir. Əməliyyat hələ ki sağ çanaq oynağımda aparılacaq. Həkimin dediyinə görə, ağır əməliyyatdır.

Əməliyyatdan sonra beş gün xəstəxanada yatmalıyam. Sonra da iki aya yaxın əsa ilə gəzməliyəm. Payızda isə sol çanaq oynağımda ikinci əməliyyat olunmalıdır. Dua edin ki, əməliyyat uğurla keçsin”.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər