7 İyul 2017 23:44
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Quba rayonunun Hacıhüseynli kəndi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, bunlar Xaçmaz rayonunun Müşkür kənd sakini 32 yaşlı Rəhman İşıqov və 16 yaşlı Xudat şəhər sakini Ulviyyə Məmmədovadır.

Qəzada həlak olan Rəhman İşıqov ailəlidir, yanında həlak olan sərnişin qadın isə onun tanışıdır.

Qəzanın başvermə səbəbləri və digər detallar aparılan istintaq araşdırmalarının sonunda bəlli olacaq.


Müəllif: Teleqraf.com