8 İyul 2017 17:58
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın şimalında yerləşən Pamplona əyaləti ənənəyə sadiq qalaraq növbəti dəfə amansız buğa festivalına start verib.

Teleqraf.com xəbər verir ki, “San Fermin” adlı festival bu dəfə daha ağır və qanlı görüntülərlə yadda qalıb.

Bu dəfəki korrida festivalında buğalar tam nəzarətdən çıxıb və insanlara hücum çəkiblər.

Xeyli yaralıların olduğu bilidrilir.

İspaniyada hər il iyulun 6-dan 14-nə kimi buğaların yürüşündən ibarət San-Fermin festivalı keçirilir. Bu ənənənin 8 əsrdir davam etdiyi söylənilir. Festivalın yalnız bir hissəsi buğa yürüşünə həsr olunur. Qalan vaxt sutka boyu gəzintilər, əyləncəli rituallar, karnavallar təşkil edilir.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər