10 İyul 2017 11:18
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevdə silahlı insident baş verib.

Teleqraf.com dtp.kiev.ua saytına istinadla xəbər verir ki, şəhərin Taras Şevçenko meydanında özlərini "Antiterror əməliyyatı" qrupunun üzvləri adlandıran şəxslərlə azərbaycanlılar arasında mübahisə düşüb.

Mübahisə zamanı qrup üzvlərindən biri silaha əl atıb. Hadisə zamanı bir neçə azərbaycanlı xəsarət alıb.

Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerini təhlükəsizlik qüvvələri nəzarətə götürüb.


Müəllif: Samir

Oxşar xəbərlər