Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində restoranının mətbəxində 1 ədəd kartofbişirən aparat, 3 p.m elektrik kabeli və tüstü bacasında 4 p.m yağ qalıqları yanıb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın "Azdram"ın yanındakı "Şaurma" restoranında baş verib. İşçilər təxliyyə edilib, 24 saat fəaliyyət göstərən müəssisənin işi dayandırılıb.