Teleqraf.com xəbər verir ki, Xorvatiyanın Dakovo şəhərində keçirilən beynəlxalq folklor festivalına türklər də qatılıb. İnsident də bu zaman baş verib.
Belə ki, xorvatiyalı bir gənc festival zamanı Türkiyə nümayəndə heyətinə hücum edib. Bayrağı əlinə keçirməyə çalışan gənc bir anda buna nail olub. Bayrağı saxlayan Türkiyə nümayəndə heyətinin üzvü əvvəlcə özünü itirsə də, daha sonra bayrağı xorvat gəncin əlindən ala bilib. Hücumdan sonra polis həmin gənci saxlayıb.
Şəhər rəsmiləri isə türk bayrağına hücum edən gəncin spirtli içkinin təsiri altında olduğunu bildiriblər.
Türk bayrağına göstərilən belə münasibətdən sonra festivalda təmsil olunan türk nümayəndə heyəti Dakovo şəhərində ayrılmaq istəyib. Lakin şəhər bələdiyyəsinin rəhbərliyi bu hadisəyə görə türk xalqından üzr istəyib. Mətbuat bu məsələyə geniş yer verib.