12 İyul 2017 09:20
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən "Neptun" marketdə yanğın olub. Alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin üç texnikası və canlı qüvvəsi cəlb edilib və yanğının yuxarı mərtəbələrə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, hadisə ilə əlaqədar binanın ikinci və üçüncü mərtəbəsində yaşayan sakinlər təxliyə edilib.


Müəllif: Teleqraf.com