12 İyul 2017 09:41
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu York şəhəri yaxınlığında vertolyot qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

Məlumatlara görə, vertolyotun quyruq hissəsi hasara çırpılıb.

Qeyd edilib ki, vertolyot ABŞ Prezidenti Donald Trampa məxsus olub. Qəzadan sonra pilotlar vertolyotun üzərində yazılmış "Tramp" sözünü gizlətməyə çalışıblar.

Olayın dəqiq səbəbləri məlum deyil. Hadisə zamanı Tramp vertolyotda olmayıb.


Müəllif: Samir