12 İyul 2017 14:37
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisi Konya şəhərində İŞİD hücrələri olduğu güman edilən ünvanlarda əməliyyat keçirib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, əməliyyatlar zaman 5 terrorçu öldürülüb.

Məlumata görə, Konya polisinin xüsusi qüvvələri gecə saat 5:15-də əməliyyata başlayıb. Bu zaman terrorçular toplaşdıqları villada polisə müqavimət göstəriblər. Nəticədə iki saatdan çox silahlı atışma baş verib. Atışmanın sonunda 1 terrorçu villanın həyətində, ikisi birinci mərtəbədə, ikisi isə zirzəmidə öldürülüb. Atışma zamanı 4 polis yaralanıb və onlar təcili Konya xəstəxanasına aparılıb. Əməliyyatdan sonra evdə aparılan axtarış zamanı 1 tapança, 5 ədəd Kalaşnikov avtomatı, habelə çoxlu sayda mərmi ələ keçirilib.

Hazırda Konyada digər ünvanlarda əməliyyatların davam etdiyi qeyd olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər