13 İyul 2017 13:04
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 10 nəfər edam edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, edamlar Kərəc, Həmədan, Urmiya və Zahidan şəhərlərində həyata keçirilib.

Edam olunanların qəsdən adamöldürmədə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırıldığı bildirilib.

Son həftələrdə İranda edamların sayı kəskin artıb. Bu isə yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. Xatırladaq ki, İran öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə dünyada birinci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə, hazırda İranda hər dörd saatda bir nəfər edam edilir.


Müəllif: Samir

Oxşar xəbərlər