Teleqraf.com xariic mediaya istinadla xəbər verir ki, bununla da İran ordusunun son illərdə Suriyada həlak olan zabitlərinin sayı 8 nəfərə çatıb.
Bəşər Əsəd rejimini və onun hərəmxanasını qorumaq məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilən iranlı zabit ölkənin şimalında yerləşən Hələb əyalətində Əsədə müxalif qüvvələrlə baş verən qarşıdurmada həlak olub. İran ordusundakı məşhur “yaşıl papaqlı zabitlər”dən olan Mehdi Cudi Saninin Hələb əyalətinin konkret hansı bölgəsində öldürüldüyü mediaya açıqlanmayıb. Cənazəsi ölkəyə gətirilən zabitin iyulun 14-də İranın Quçan şəhərində torpağa tapşırılacağı bildirilir.