Teleqraf.com xəbər verir ki,Kayseridə iyulun 21-də, yerli vaxtla saat 16:00-da 4 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Azərbaycan vətəndaşı Rahim Bədəlovun idarə etdiyi 90-JO-998 dövlət nömrə nişanlı markalı yük maşını (TIR) Türkiyə vətəndaşı Erkan Çetinerin idarə etdiyi 38 ZU 010 nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik maşınında olan 4 nəfər ölüb. Ölən Cenk Yoldaş, Sabri Ocak, Ömər Faruk Beyaz və Ahmet Aslımtürkün tələbə olduqlarıbildirilir.
Ağır xəsarət alan daha iki nəfər isə Kayseri xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, TIR-ın azərbaycanlı sürücüsü Rahim Bədəlov saxlanılıb.