23 İyul 2017 16:27
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Konnektikut ştatında baş tutan hip-hop konsertindən sonra 90-dan çox insan zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gecədə qonaqlar onlara təklif olunan spirtli içkilərdən zəhərləniblər.

Polislər qeyd ediblər ki, gecənin qonaqlarının 90 faizi xəstəxanaya çatdırılarkən sərxoş, bəziləri isə huşsuz vəziyyətdə olub.

Zərərçəkənlərin böyük əksəriyyəti yeniyetmə və 20 yaşdan yuxarı gənclərdir.


Müəllif: Könül

Oxşar xəbərlər