Teleqraf.com-un məlumatına görə, filmdə evdə tək qalan əsas qəhrəman Kevinin (Makoley Kalkin) atasını canlandıran 72 yaşlı aktyor Kaliforniya ştatında yerləşən xəstəxanalardan birində vəfat edib.
Qeyd edək ki, Con Herd iyulun 19-da belindən əməliyyat keçirib. O vaxtdan bəri həkim nəzarəti altında müalicə alırdı. İlkin araşdırmalara görə, polis həkimləri günahkar hesab etmir.
"Evdə tək" filmində Con Herd ilə yanaşı ABŞ-ın hazırkı prezidenti Donald Tramp da iştirak edib.