21 İyul 2014 17:00
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olması müddətinin uzadılması heç də texniki problemlərlə bağlı deyil. AİB-ə üzv ölkələr Ermənistan qarşısında konkret şərt qoyub”.

Alınan məlumata görə, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, AİB-ə üzv ölkələr rəsmi İrəvandan tələb edir ki, Ermənistan ilə Qarabağ arasında Ticarət və Sənaye Palatası yaradılsın.

“Lakin Ermənistan hazırda dilemma qarşısındadır. İrəvan bilmir ki, AİB-in bu tələbini yerinə yetirsin, ya yox. Əgər şərt yerinə yetirilməsə, Qərblə münasibətlərini korlayan Ermənistan vakuma düşəcək. Yox, əgər şərt yerinə yetirilsə, Qarabağı birdəfəlik itirmiş kimi olacaq”, deyə sabiq prezident bildirib.

Qeyd edək ki, Ermənistan iyulun 3-də Avrasiya İqtisadi Birliyinə üzv olmalı idi. Lakin sonradan bəyan edildi ki, qurum İrəvan qərarını 30 iyulda açıqlayacaq. İndi isə Ermənistanın bu ittifaqa qoşulmasının oktyabrda baş tutacağı deyilir.

/ans press/


Müəllif: