25 İyul 2017 16:53
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün avtomobilin şüşələrinə plyonka çəkərək idarə edən 14 sürücü saxlanılıb və onların avtomobilləri cərimə meydançasına aparılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, isti hava şəraiti olsa da belə, avtomobillərin şüşələrinə plyonkaların çəkilməsi yolverilməzdir və bu, inzibati xəta tərkibi yaradır: “Xatırladırıq ki, yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş standartlara uyğun olaraq, mayın 1-dən noyabrın 15-ə qədər avtomobilin qapı şüşələrinə jalüz və pərdələr vurularaq istismar edilməsinə icazə verilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, avtomobilin şüşələrinə plyonka çəkilərək idarə edilməsinə görə, sürücü 150 manat cərimə olunur.


Müəllif: Teleqraf.com