26 İyul 2017 15:46
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Röyanın keçmiş qayınatasının ona hədiyyə etdiyi mülkü əlindən alınıb. Bu, doğru xəbərdir. Amma nə olsun? Burda nə var ki? Alınıb, alınıb da! Bu məsələni böyütmək lazım deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Röyanın prodüsseri Vüsal Rzayev bildirib.

Qeyd edək ki, hələ ötən ay Röyanın keçmiş qayınatası Çingiz Cəlilovun sahibi olduğu "Çudo peçka" mağazalar şəbəkəsinə daxil olan bütün iaşə obyektləri vergi borclarına görə möhürlənərək bağlanıb. Bundan sonra Cəlilovun adına olan milyonluq bağ evləri və Bakıda yerləşən yaşayış evləri müsadirə olaraq əlindən alınıb. Müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının Röyaya bağışladığı, Nabranda tikdirdiyi bir neçə milyon dəyəri olan bağ evi də var.


Müəllif: Könül