27 İyul 2017 15:48
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:43

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

Report-un məlumatına görə, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

***

15:03

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın binanın dam örtüyündə baş verib.

Bu barədə Teleqraf.com-a Yevlax Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, dam örtüyündə baş verən yanğının söndürülməsi üçün tədbirlər görülür:

“Xəstəxananın işçiləri və müalicə alan xəstələr təxliyə edilir”.

İcra Hakimiyyətindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğının söndürülməsi üçün cəlb olunub.

***

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın tam söndürülüb.

Bu barədə Teleqraf.com-a İbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: “ Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan təxliyyə olunub. Xəstəxanada stasionar müalicə alan xəstələr Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb”.

Agentlikdən qeyd edilib ki, hazırda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev hazırda hadisə yerindədir.

Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

***

Fövqəladə Hallar Nazirliyi Yevlaxda xəstəxanada baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb.

Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyyə olunub. Ölən və xəsarət alan yoxdur.

Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər