Teleqraf.com İran mediasına istinadla xəbər verir ki, təyyarə Əhvaz hava limanının uçuş-enmə zolağından havaya qalxarkən pilot təyyarənin arxa hissəsində yanğın baş verdiyini görüb. O, dərhal istiqaməti dəyişib və təcili eniş edib.
Ölən və xəsarət alanların olmadığı bildirilib.
Hadisənin detalları mediaya açıqlanmasa da, yanğının səbəbinin araşdırıldığı bildirilir.