29 İyul 2017 13:13
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatının Santa Ana şəhərində yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Cessa-310 tipli təyyarə texniki nasazlıq səbəbindən magistral yola çırpılıb.

Hadisə zamanı magistralda hərəkət edən 4 avtomobil ziyan çəkib, azı 4 nəfər xəsarət alıb. Olay yaxınlıqdakı Con Vayn aeroportunun təhlükəsizlik kamerasına əks olunub.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir