30 İyul 2017 18:44
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bodrumda gecə klubundakı silahlı atışmada yaralanan insanların arasında Türkiyənin tanınmış televiziya aparıcısının həyat yoldaşı da olub.

Teleqraf.com xəbər verir ki, yaralananlardan biri məşhur aparıcı Cess Molhonun həyat yoldaşı Zeynəb Molhodur.

Mediaya açıqlama verən Molho xanımının səhhəti ilə bağlı danışıb:

"Güllə Zeynəbin çiyninə dəyib. Bir qabırğası qırılıb. Güllə dərinin altında qalıb. Hazırda xəstəxanadayıq. Əməliyyat olunacaq".

Qeyd edək ki, Cess Molho “O səs Türkiyə” proqramının aparıcısı kimi tanınır.


Müəllif: Könül