Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, Bakı şəhəri, Xətai rayonunda "Bakı Avtomobil" zavodunun ərazisində 1000 m2 sahədə qamışlıq və 50 ədəd istismara yararsız avtomobil şinləri yanıb.
Yaxınlıqdakı tikililər və yaxınlıqdan keçən dəmiryolu xətti yanğından mühafizə olunub. Yanğın saat 00:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.