Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Onun sözlərinə görə, Zəli gölü kimi tanınan ərazidə kanalizasiya xətti yoxdur:
“Sürüşmənin baş verməsi ərazidəki süxurların xarakterindən asılıdır. Daşlar yuyulmaya, aşınmaya çox həssas olduqları üçün bu proses quraqlıq hava olduqda belə özünü göstərə bilir.
Baxış keçirilən zaman bir neçə yerdə kanalizasiya xəttinin olmaması səbəbindən çirkab sularının birbaşa yamaca axıdıldığı müşahidə olunub. Nəticədə sürüşmə prosesində aktivlik baş verib”.
Rafiq Həsənov qeyd edib ki, Suraxanı rayonunun Zığ qəsəbəsində tikillərin ətrafında qurunt suların yer səthinə çıxışı izlənir:
“Digər sahələrdə elə bir ciddi fəsadlarla rastaşmamaşıq”.