Teleqraf.com xəbər verir ki, bu barədə o özü sosial şəbəkədə məlumat yayıb:
“Uşaqlıqda atamla az qala boğulmuşduq dənizdə, o vaxtdan Xəzərdən qorxmuşam həmişə, bu gün də qorxuram.
Hər il onlarla insanı aparır Xəzər, bu dəfə isə dostumu apardı. Alicənab, xeyirxah, pozitiv bir dostumu... Allah sənə rəhmət eləsin, Azad.
Özünüzü qoruyun Xəzərə girəndə, Xəzər çox amansızdır...”