6 Avqust 2017 10:05
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sabiha Göken hava limanında dava düşüb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, hadisə hava limanında gecə saat 1:30-da baş verib. Beləki limandan İzmit-Bursa-Yalova istiqamətində müştəri daşıyan iki firma əməkdaşları arasında müştəri üstündə mübahisə yaranıb. Sonra mübahisə davaya çevrilib və nəticədə 5 nəfər bıçaq zərbəsindən yaralanıb.
Polis çoxlu sayda şəxsi həbs edib.

Məlumata görə, davada hər iki şirkətin 40-a yaxın nümayəndəsi iştirak edib. Hər iki tərəfdən də bir neçə nəfər bıçaq yarası alıb. Davaya hava limanının polisi və xüsusi təhlükəsizlik qüvvələri müdaxilə edib.

Yaralılar dərhal yaxınlıqda olan xəstəxanalara aparılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər