9 Avqust 2017 09:22
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Sıçuan bölgəsinin Çiuçauqou rayonunda güclü zəlzələ baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, maqnitudası 7 bal olan zəlzələnin episentri yerin 20 kilometr dərinliyində yerləşib.

Yerli vaxtla 21:19-da baş verən hadisə zamanı çox sayda yaşayış evi dağılıb.

Hadisə nəticəsində 13 nəfər ölüb, 175 nəfər yaralanıb. Ölənlər arasında Kanada və Fransa vətəndaşları da var.

7 ballıq zəlzələnin ardından 3-4 bal gücündə bir neçə yeraltı təkan hiss olunub.

Zəlzələ Sincan uyğur bölgəsində də 6,6 bal gücündə hiss olunub.

Xatırladaq ki, 2013-cü ildə bu bölgədə baş verən 7 ballıq zəlzələ nəticəsində 200 nəfər ölmüş, 11 min insan yaralanmışdı.


Müəllif: Samir

Oxşar xəbərlər