Fransanın paytaxtı Parisdə növbəti terakt baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı naməlum şəxs avtomobilini əsgərlərin üzərinə sürüb.
Hadisə zamanı 2-si ağır olmaqla 6 əsgər yaralanıb.
Polisdən verilən məlumata görə, cinayətkar və ya cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olub. Hadisənin səbəbkarlarının tutulması üçün əməliyyat başlanıb.
***
Parisdə hərbçilər üzərinə avtomobil sürən şəxs yaxalanıb.
Bununla bağlı şəhər polisi məlumat yayıb.
Bildirilib ki, saxlanılma zamanı cinayətkar yaralı olub.
Saxlanılan şəxsin kimliyi açıqlanmır.