9 Avqust 2017 13:09
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın pilotsuz təyyarəsi ABŞ qırıcısını istiqamətini dəyişməyə məcbur edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ-ın İran körfəzindəki dəniz qüvvələrinin mərkəz komandanlığı məlumat yayıb.

Bəyanatda İranın pilotsuz təyyarəsinin bu hərəkəti təhlükəli və qeyri-peşəkar addım kimi qiymətləndirilib: “İranın “Qum-1” adlı pilotsuz təyyarəsi təhlükəli və qeyri-peşəkar davranaraq, Amerikanın “USS Nimitz” hərbi gəmisinin üstünə enmək istəyən F-18E qırıcısının 30 metrliyinə qədər yaxınlaşıb və həmin qırıcı onunla toqquşmamaq üçün istiqamətini dəyişərək dövrə vurmaq məcburiyyətində qalıb”.

Bununla da cari ildə 17-ci dəfədir ki, ABŞ-ın körfəzdəki dəniz qüvvələri İranın hərbi qüvvələrinin bu kimi qeyri-peşəkar hərəkətləri ilə üz-üzə qalır. Bu isə yolverilməzdir”.


Müəllif: Samir

Oxşar xəbərlər