10 Avqust 2017 08:03
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmir vilayətinin Urla qəsəbəsinin Karantina adası sahillərində batmış Roma şəhərinin qalıqları aşkar edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yerli alimlər şəhəri gün işığına çıxarmaq üçün fəaliyyətə başlayıblar.

Dünyanın ən əhəmiyyətli sualtı arxeologiya layihələrindən olan Urladakı Liman Təpə qazıntılarında aşkar edilən Roma şəhəri qazıntı işlərindən sonra Arxeopark olaraq turizmə də xidmət göstərəcək.

Şəhər Ankara Universiteti Sualtı Arxeoloji Araşdırma və Tətbiq Mərkəzinin koordinasiyası qrupu tərəfindən aşkar edilib.

Roma şəhərinin eradan əvvəl mininci illərdə baş verən zəlzələ nəticəsində çökdüyü və su altında qaldığı güman edilir.


Müəllif: Samir

Oxşar xəbərlər