Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində 200 m² sahədə karton qutular və şüşə taralar yanıb. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın saat 17:57-də məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər görülür.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhərinin Qaradağ rayonu ərazisində açıq ərazidə quru ot yanır.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğının söndürülməsi üçün işlər görülür.
Əlavə məlumat veriləcək.