11 Avqust 2017 00:24
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS TV-nin keçmiş aparıcısı Rahib Qəribin ailəsinə ağır itki üz verib.

Teleqraf.com-un məlumatına görə, aparacının həyat yoldaşı uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Rahib Qərib ANS-də “Marş” hərbi-vətənpərvərlik proqramının layihə rəhbəri, müəllifi və aparıcısı olub. Onun iki oğlu var.


Müəllif: Teleqraf.com